XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 17:30

Əflatun Amaşovdan jurnalistin təhqir olunmasına reaksiya:"Çox istərdim ki, buna xüsusən dövlət qurumları həssas yanaşsınlar"

"Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər".

Strateq.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist Seymur Verdizadənin Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin müavini tərəfindən evinə zəng edilərək, təhqir olunmasına münasibət bildirərkən deyib.

Şura sədri qeyd edib ki, jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmr: "Qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir".

Qeyd edək ki, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl "Qafqazinfo”da yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.

S.Verdizadə bildirib ki, yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək, ona hədə-qorxu gəlir. 

Bundan əlavə, jurnalist, Əhəd Abıyevin müavini Namiq Süleymanov onun ev nömərisni taparaq, evinə zəng edib, ağır təhqirlər yağdırdığını deyib.

Strateq.az