XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 16:05

Jurnalist Tatyana Çaladze vəfat edib…

Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlbə yarası alıb.

Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə  "Əməkdar jurnalist" adı verilib.