XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 17:28

Maltada jurnalist Karuana Galizianın qətli ilə bağlı 8 nəfər həbs olunub

Maltada səkkiz yerli vətəndaş arşdırmaçı jurnalist Dafni Karuana Galizianın qətlə yetirilməsi işi ilə bağlı həbs olunub.

Karuana Galizia oktyabrın 16-da evinin yaxınlığında avtomobilinin partladılması yolu ilə öldürülmüşdü.

Maltanın baş naziri Cozef Muskat jurnalistlərə bildirib ki, Marsa şəhərində, Bugibba və Zebbug ərazilərində polis əməliyyatı keçirilir. 53 yaşlı jurnalist Karuana Galizia bloqlarında partiya mənsubluğundan asılı olmadan yüksəkrütbəli siyasətçilər arasında iddia edilən korrupsiyadan yazırdı. Keçmiş daxili işlər naziri Louis Galea 30 illik jurnalist təcrübəsi olan Karuana Galizianı "Maltanın ən cəsur jurnalisti" adlandırmışdı. Hökumət, jurnalisti qətlə yetirənlər barədə məlumata görə €1milyon ($1.2 milyon) mükafat vəd edib.

İstintaqın aparılmasına Malta rəsmiləri FTB (ABŞ-ın Federal Təhqiqqat Bürosu) əməkdaşlarını da cəlb ediblər. “Baş nazir Muskat həbs onunanlar barədə daha təfərrüatlı məlumat almaq istəyən jurnalistlərin suallarını şərh etməyib”, -deyə “Malta Today” nəşri bildirib.

"Onların nə etdiyi və onların kimliyi barədə məlumatım var, lakin təffərüatlar barədə məlumat verə bilmərəm", – baş nazir deyib. Dafni Karuana Galizianın dəfn mərasimində yüzlərlə insan iştirak edib, cüzi sayda Aİ dövlətləri liderlərinə isə onun ailəsi mərasimdə iştirak etməyə icazə verməyib. Onun üç oğlu "fundamental azadlıqları" qoruya bilmədiyinə görə baş naziri istefa verməyə çağırıb. BBC də daxil dünyanın aparıcı ən iri səkkiz təşkilatı Avropa Komissiyasını qətli araşdırmağa çağırıb (BBC).