XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 16:07

30-a yaxın sayt məhkəməyə verildi –"AAAF İnşaat"ın sahibi hər media orqanından 50 min istəyir

30-a yaxın sayt "AAAF İnşaat"ın sahibi Tofiq Heydərov tərəfindən məhkəməyə verilib.

Strateq.az xəbər verir ki, məhkəməyə verilən saytlar arasında Qafqazinfo, Ölkə.az, Modern.az, Mia.az, Virtualaz.org, Azinforum.az, Yenicağ.az və digər nüfuzlu saytların adları var.

Bu saytların çoxu Ölkə.az saytının şirkət haqqında yazdığı məlumatı yayıblar. Eyni zamanda, şirkətin rəsmi mövqeyini də dərc ediblər. Lakin buna rəğmən, sentyabr ayında yazılan yazıya görə, tikintii şirkətinin sahibi məhkəməyə müraciət edərək, hər saytdan 50 min manat təzminat tələb edib.

İşə Yasamal rayon məhkəməsində hakim Aytən Mirzəzadənin sədriyi ilə baxılacaq.

Hazırıq iclası dekabrın 18-də keçiriləcək.