XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 22:33

Jurnalistlər üçün təlim keçirildi –Qadınların səlahiyyətləndirilməsi və bərabərlik hüququ mövzusunda

Dekabrın 10-da Bakıda jurnalistlər üçün “Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təşviq Edilməsində Medianın Rolunun Artırılması” mövzusunda birgünlük təlim keçirilib.

Strateq.az xəbər verir ki, təlim Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması” proqramı ​çərçivəsində təşkil edilib.

Təlimə Turan İA, APA İA, "Yeni Musavat", "Azadlıq" qəzetləri, basta.info, gununsesi.info, xeberdar.net xəbər saytlarından 10 jurnalist qatılıb.

Proqrama daxil olan “Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Baş Məsləhətçisi, Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə barədə məlumat verib, təlimin məqsədi və gözləntilər barədə danışıb, seçilmiş jurnalistlərlə çox maraqlı təlim və müzakirələrin keçəcəyinə inamını bildirib.

BMT İnkişaf Proqramının layihə üzrə qadınların səlahiyyətləndirilməsi üzrə eksperti Samir Əliyev təlimin daha səmərəli keçməsi üçün iştirakçı jurnalistlərin təlimçi və təşkilatçılara yardımçı olacaqlarına ümid bəslədiyini qeyd edib və müzakirələrin təlimin nəticələrinin qiymətləmndirilməsində rol oynayacağını vurğulayıb.

Təlimin birinci hissəsində ilk sessiyada qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi: müəyyənliyi, əhəmiyyəti və əsas xüsusiyyətləri, gender anlayışı, gender bərabərliyi anlayışı və göstəriciləri; qadınların sosial-iqtisadi hüquqlarının artırılma səbəbi, qadınların səlahiyyətləndirilməsi prinsipləri, əsas sosial-iqtisadi problemlər və maneələr, əsas məlumat mənbələri müzakirə edilib.

İkinci sessiya qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndirilməsi: Azərbaycanda mövcud durum və media üçün mesajlar; Azərbaycanda sosial-iqtisadi sahələrdə qadınların iştirakçılığının mövcud səviyyəsi, əsas problemlər; qadınların sosial-iqtisadi hüquqları ilə bağlı məsələlərin mediada işıqlandırılması və jurnalist araşdırmalarına həsr edilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinni rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Mehtiyev təlimçi qismində seçilmiş müzakirə mövzularını iştirakçı jurnalistlərin diqqətinə çatdırıb.

Təlimin ikinci hissəsi hüquq elmləri üzrə fəlsəfə doktoru, BDU-nun hüquq fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Gülnaz Ələsgərova tərəfindən edilən təqdimatlarla müşayiət edilib. İkinci hissə də iki sessiyadan ibarət olub və 3-cü sessiyada bərabərliķ hüququ, gender yanaşması ve qeyri-ayrıseçkilik daha geniş insan huquqları çərçivəsində: – Ayrı seçkilik anlayışı – xususi tədbirlər, münasib yerləşmə şəraitinin yaradılması, 4-cü sessiyada isə "Media və ayrı-seçkilik hallarının işıqlandırılması: – şəxsi kimliyin açılması (revealing personal identity) – şəkillərin yayılması" təqdimat edilib və təlim iştirakçısı olan jurnalistlərlə müzakirə aparılıb.

Təlim zamanı uğurlu təcrübələr də bölüşülüb, ənənəvi problemlərin çıxış yolları müzakirə edilib.