XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 17:13

“Kanal13” internet TV-nin direktoru 6 il müddətinə həbs edildi –QƏRAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bugünki iclasda Ə.Orucovun vəkilləri çıxış edərək, ona bəraət istəyiblər.

Sonra Ə.Orucov son sözlə çıxış edib. O da çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakimlər heyəti hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir. (Turan)