2017-ci ildə dünyada 65 jurnalist öldürülüb.
Bununla bağlı “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hesabatında deyilir.
Jurnalistlər üçün ən təhlükəli ölkələr Suriya və Meksikadır: “65 jurnalistdən 20-si peşə fəaliyyətini yerinə yetirərkən ölüb. 39 jurnalist isə qətlə yetirilib”.
Ötən il öldürülən jurnalistlərin sayı 74 idi/Teleqraf.com.