XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 18:41

Xalq artisti Könül Xasıyeva:"İnanın, özümü öldürmək həddinə çatmışam"

"İnanın, özümü öldürmək həddinə çatmışam".

Bu sözləri Kult.az-a xalq artisti, tanınmış xanəndə Könül Xasıyeva səhhəti barədə danışarkən söyləyib. O bildirib ki, xəstəliyinin kəskinləşmə dövrüdür və vəziyyəti getdikcə pisləşir:

“Əslində, heç yaxşı deyiləm, vəziyyətim ağırlaşıb. Xəstəxanaya getməliyəm, maddi durumum pisdir. Maddi vəziyyəti yaxşı olanlar da ancaq gəlib mənəvi dəstək olurlar. Maddi heç bir dəstəyim yoxdur. Borclar yığılıb boynuma. Heç bilmirəm, bu işin axırı necə olacaq”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.