XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 17:41

Azərbaycan Vikipediyada üç pillə irəliləyib –AMEA

 

Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanadan (MEK) Strateq.az-a verilən məlumata görə, 2017-ci ilin dekabr ayında Azərbaycan dilində olan Vikipediya (Azviki) üç pillə irəliləyiş əldə edib. Latınca, Özbəkcə Simple English (sadələşdirilmiş ingiliscə) dillərində olan Vikipediya-nı keçərək 50-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycandilli Vikipediya Türkdilli Vikipediyalar sırasında  Türkcə Vikipediyadan sonra 3-çü yerdədi. Hədəf ən qısa zamanda 40-cı pilləyə yüksəlmək və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə Vikipediya ilə bağlı seminarlar, görüşlər və tədbirlər müntəzəm təşkil edilir.