XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 20:26

Çində iki il ərzində  13 min sayt bağlanıb –2200 sayt operatoruna xəbərdarlıq edilib

Çin hökuməti 2015-ci ildən bəri qanunsuz fəaliyyət göstərən 13 mindən çox internet saytının fəaliyyətinə qadağa qoyub.

Bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağı (parlament) Daimi Komitəsinin sədr müavini Van Şencun qanunverici orqanda kibertəhlükəsizlik mövzusunda danışarkən deyib.

Bildirilib ki, qeyd olunan dövrdə Çin Kiberməkan Administrasiyasının rəsmiləri 2200-dən çox saytın operatoruna xəbərdarlıq edib. Bundan başqa, 10 milyondan çox internet hesabı bağlanılıb. Buna səbəb terrozim və pornoqrafiyaya dair məlumatların yayılmasıdır. (Azərtac)