XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 23:18

Dünyada latın dilindəki yeganə veriliş bağlanır –Finlandiya 30 yaşlı efirdən imtina edib

Finlandiyanın YLE teleradio yayımı şirkəti latınca son 30 ildə efirə çıxan Nuntii Latini proqramından imtina etmək barədə qərar qəbul edib.

Şirkətin rəhbərliyi bəyan edib ki, Nuntii Latinini bağlamaq onların planında əvvəldən olub, lakin proqrama özünün 30 illik yubileyini qeyd etmək imkanı verilməsi qərara alınıb. Latın dili YLE radiosunun efirindən son dəfə 2019-cu ilin yazında səslənəcək.

Üç nəfərin hazırladığı Nuntii Latini həftəlik proqramı ilk dəfə 1989-cu ildə efirə çıxıb. Finlandiya və dünyada baş verən aktual yeniliklərdən bəhs edən bu proqram dünyada yeganə latınca radioverilişdir.