XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 18:32

Mətbuat Şurası “AzPolitika”ya xəbərdarlığını geri götürdü:"Kimlərinsə istəyilə bizə xəbərdarlıq etmişdilər"

Bu gün Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Bunlar “AzPolitika.info”, “Rubrika.az” saytları və “Hürriyyət” qəzetidir.

İclasda məlumat verilib ki, xəbərdarlıq qərarının çıxarılmasından sonrakı müddətdə bu KİV-lə əlaqədar Mətbuat Şurasına hər hansı şikayət məktubu daxil olmayıb.

Bu cəhət nəzərə alınaraq “AzPolitika.info”, “Rubrika.az” saytları və “Hürriyyət” qəzetiilə bağlı çıxarılmış qərarlardakı xəbərdarlıqların onlar üzərindən götürülməsinə dair rəyə gəlinib.

“AzPolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli MŞ-nın xəbərdarlığının ləğv olunmasına belə münasibət bildirib: “Bir neçə ay əvvəl ATV-nin hazırki prezidentinin şikayəti əsasında heç bir əsas olmadan, mənim ehtimalıma görə, kimlərinsə istəyilə bizə xəbərdarlıq elan etmişdilər. Bu gün də o xəbərdarlığı ləğv ediblər. Amma mən düşünmürəm ki, bu, sırf bizimlə bağlı məsələdir. Görünür, digər 2 KİV-dən birinin xəbərdarlığını ləğv etmək zərurəti olub. “AzPolitika”nı da obyektiv görünmək üçün onun “gözünə qatıblar”. İstənilən halda, bu, ədalətsizliyin aradan qaldırılmasıdır və buna görə MŞ rəhbərliyinə təşəkkür edirəm”.