XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 17:36

“Şikayət edirlər ki, aparıcılar düzgün danışmırlar” –AMEA prezidenti

"Əvvəllər universitetlərdə ritorik danışığa fikir verilirdi. İndi doktorantların mövzularının yazılışında problemlər olur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

A.Əlizadə qeyd edib ki, əvvəllər məktəblərdə Azərbaycan dilinin işlənməsinə, danışıq tələffüzünə daha ciddi yanaşılırdı.

A.Əlizadə deyib ki, gənclər dil qabiliyyətinə o qədər də ciddi fikir vermirlər: "Bəzən şikayət edirlər ki, aparıcılar düzgün danışmırlar. Buna qarşı mübarizənin yeganə yolu tədrisin yüksəldilməsidir"/Trend