XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 20:16

Suriyada dövlət televiziyasının əməkdaşı terrorçular tərəfindən öldürülüb

Suriyada bu ölkənin "Sama" dövlət telekanalının operatoru Kərəm Kubeyşu terrorçular tərəfindən öldürülüb, kanalın müxbiri Abdel Qxani Carux isə yaralanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın "Sana" Milli agentliyi xəbər verir.

Telekanalın əməkdaşları Suriya ordusunun ölkənin İdlib əyalətinin cənubunda həyata keçirdiyi əməliyyatı yayımlayarkən terrorçu "Cəbhət ən-Nüsrə" qruplaşmasının atəşinə məruz qalıblar.

Yaralı müxbir Hamı şəhərinin dövlət xəstəxanasına çatdırılıb.