XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 18:03

“Yeni telekanal 6 ay müddətində fəaliyyətə başlayacaq” –MTRŞ rəsmisi

““Televiziya və Radio Yayımı haqqında" qanunun müvafiq maddəsinə əsasən lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilir”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Şuranın elan etdiyi müsabiqənin qalibi olan “Türkel TV” MMC-nin yeni yayım kanalında nə zaman fəaliyyətə başlayacağı haqda səslənən suallara cavab olaraq deyib.

Şöbə müdiri qeyd edib ki, lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilmədikdə lisenziyaya MTRŞ-nın qərarı ilə xitam verilir.

Qeyd edək ki, MTRŞ-ın 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı, 1-ci sektor olmaqla) 16 noyabrdan 16 dekabradək müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək üçün “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC sənədlərini Şuraya təqdim ediblər.

Şurada “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

MTRŞ qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya  yayımı üçün müddətsiz lisenziya verilib.