XƏBƏR LENTİ

27 Fevral 2021
26 Fevral 2021

Digər Xəbərlər

07 Yanvar 2018 - 12:20

Meksikanın ən böyük nəşrlərindən birinin jurnalisti qətlə yetirilib

Meksikanın paytaxtı Mexikoda “El Universal” nəşrinin jurnalisti Xose Herardo Martines qətlə yetirilib.

"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə qəzetin saytında bildirilir.

Məlumata görə, Martines Koyoakan rayonunda iki naməlum şəxs tərfindən odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Güllələr onun qarın nahiyəsinə tus gəlib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya çatdırsa da, jurnalist dünyasını dəyişib.

Hazırda istintaq aparılır.