“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı hazırkı peşə fəaliyyəti ilə bağlı danışıb. O, qəzetlərin durumunda hər hansı bir dəyişikliyin olmadığını söyləyib:
“Hələ ki, qəzetlərlə bağlı heç bir yenilik yoxdur. Mən də hər hansı bir fəaliyyətlə məşğul deyiləm. ABŞ dövlət katibinin müavini Viktoria Nulandla da görüşdük. Lakin heç bir irəliləyiş olmadı. Sadəcə, görüşdük və o bizdən soruşdu ki, necəsiz, nə var, nə yox? Biz də cavab verdik. Vəssalam”.
Elçin Şıxlının deputatlığa namizədlik verəcəyi ilə bağlı yayılan xəbərlərə isə onun münasibəti bu cür oldu:
“Deputatlığa namizədliyimi vermək fikrim yoxdur”.
Qeyd edək ki, 2014-cü il avqustun 27-də “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.