XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 23:25

“Facebook”dan daha bir yenilik –Xəbərin etibarlı olub-olmadığını qiymətləndirmək mümkün olacaq

“Facebook” istifadəçiləri xəbər lentinə daxil olan xəbər mənbələrinin etibarlığını qiymətləndirə biləcəklər.

Azadinform “gazeta.ru” saytına istinadən yazır ki, bu haqda şirkətin qurucusu Mark Zukerberq öz səhifəsində məlumat verib.

"Biz qərara gəldik ki, xəbər mənbələrinin etibarlığının istifadəçilər tərəfindən müəyyənləşdirilməsi daha düzgündür" – Zukerberq izah edib. Onun sözlərinə görə, istifadəçilərin cavabları əsasında tərtib ediləcək reytinqin liderləri xəbər lentində xəbər yerləşdirə biləcəklər.