XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2018 - 13:55

Fransa səfirliyi Bakıda “Fikirlər gecəsi” keçirəcək

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu “Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusu ətrafında müzakirə keçirəcək.

25 yanvar tarixində dünyada eyni gündə keçirilən “Fikirlər gecəsi”nin (Nuit des İdées) 2-ci buraxılışında intellektuallar, tədqiqatçılar, sənətkarlar və “Təxəyyülün hökmranlığı” mövzusunda qərarverici məsul şəxslər bir araya toplanır.

Tədbirdə fransız memarı, Buffi Associés Memarlıq və şəhərsalma Agentliyin təsisçisi və direktoru Jan-Pyer Buffi, fransız memar Andrea Dö Fransi,  memar, Baku Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi Elçin Əliyev, sənətkar və sərgi kuratoru Sabina Şıxlinskaya, “Pillə” memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi Müslim İmranlı çıxış edəcək.

Tədbir 25 yanvar tarixində, 19:00-da  YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.

 Strateq.az