XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 10:54

Xoşqədəm Baxşəliyeva: “Səni axtarıram”ın formatında dəyişiklik olacaq”

xosqedem.jpg

“Layihəmiz artıq ANS-də davam edəcək. Mən buraya öz komandamla gəlmişəm. Yenidən hər bazar günü saat 22:00-da birlikdə olacağıq”.

“Strateq.az” bildirir bu sözləri ANS-in “Günə Baxan”ın qonağı olan tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bildirib. O həmçinin qeyd edib ki, formatda yeniliklər, dəyişikliklər olacaq, amma missiya, məqsəd eyni qalacaq.

“Əvvəlki qaydada axtarışlar olacaq. Biz yenə müraciət edən insanlara kömək edəcəyik, onların doğmalarını axtaracağıq. Bu dünyada qazanılan ən böyük qazanc tamaşaçıların sevgisidir. Layihəni yaradarkən heç vaxt pul haqqında düşünməmişəm. Onu “balam” kimi sevmişəm. Bu müqəddəs layihə pul mənbəyinə çevrilməməlidir”.

Onun sözlərinə görə, dünən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və vitse-prezdent Mirşahin Ağayevlə görüşüb. Aparıcı bu görüşdən çox razı qaldığını, çox mehriban qarşılandığını deyib.

X. Hidayətqızı həmçinin qeyd edib ki, o, həmişə olduğu kimi tamaşaçıların dəstəyinə güvənir və onların dəstəyini gözləyir. “Mən həmişə tamaşaçılara güvənmişəm. çünki tamaşaçı məni seçib. Mən bu gün tamaşaçılara bir daha inandım”, – deyə o əlavə edib.