XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 16:57

Soros sosial şəbəkələrə müharibə elan edib:“Bu, insanlar üzərində totalitar nəzarət şəbəkəsini yaradacaq”

Daniel Şafer

“HANDELS BLATT”

30 yanvar 2018

 

Davosda bu artıq vərdiş halını alıb: hər il baş tutan Dünya İqtisadi Forumunun son axşamından bir gün öncə məşhur investor Corc Soros (George Soros) “Seehof” hotelində özünün siyasi və iqtisadi gücünü nümayiş etdirmək üçün şam yeməyi təşkil edir.

Adətən bu yeməyin qonaqları Vladimir Putindən tutmuş Donald Trampa (Donald Trump) kimi avtokrat və populist siyasətçilər olur. Lakin cümə axşamı baş tutan məclisə milyarder yeni rəqiblərini seçib: bunlar Amerikanın “Google” və “Facebook” kimi iri texnologiya konsernləridir.

“Sosial şəbəkələr istifadəçilərinin diqqətini manipulyasiya etməklə, öz iqtisadi maraqlarına yönləndirərək onları aldadır”, – 87 yaşlı investor deyib. Onun sözlərinə görə, ilk dövrdə “Google” və “Facebook” kimi şirkətlər innovativ görünsələr də, güclü inhisarçı konsernlərə çevrildikdən sonra daha çox bu innovasiyalara mane olmağa başlayıblar.

Bu filantrop daha güclü ittiham səsləndirib. O, hesab edir ki, sosial mətbuat oqranları insanların davranış və düşüncə şəklinə təsir göstərir. “Bunun demokratiyanın fəaliyyəti, ilk növbədə şəffaf seçkilərə uzunmüddətli mənfi nəticələri olacaq”, – bütün dünyada “Оpen Society Foundations” fondu ilə azad dünya nizamı üçün mübarizə aparan Soros deyib.

Son illər dezinformasiya yaydığı üçün “Facebook” tez-tez tənqidlərə məruz qalıb. Belə ki, Rusiya internetdə “saxta xəbərlər” yaymaqla 2016-cı il ABŞ prezident seçkilərinə məqsədli şəkildə təsir göstərməkdə ittiham edilir. Bu Amerika şirkəti bir neçə ay öncə etiraf edib ki, seçkiqabağı mübarizədə 126 milyon amerikalı təxminən 80 min şübhəli məlumat alıb.

Əvvəlki illərə nisbətən Davosda Amerikanın texnoloji konsernləri daha çox tənqidə məruz qalıb. Belə ki, İngiltərənin baş naziri Tereza Mey (Theresa May) cümə axşamı “Graubündner Berge”-dəki çıxışını “Brexit”in nəticələrini açıqlamaq üçün istifadə etməyib. Bunun əvəzinə, o, əsasən sosial şəbəkələrə hücum edib. O, etimadın itirilməsindən dolayı şikayətlənib. Baş nazir hesab edir ki, konsernlər müştərilərinin təhlükəsizliyinə yenidən zəmanət vermək üçün əllərindən gələni etməlidirlər.

Soros sosial şəbəkələri kazinolara oxşadıb. O, sonuncunun oyunçularını bilərəkdən özündən asılı vəziyyətə saldığını vurğulayıb. O, bunun xüsusilə gənclər üçün zərərli olduğunu hesab edir. “Rəqəmsal əsrdə bəşəriyyətin düşüncə tərzində çox zərərli və geri dönüşü olmayan tendensiya yaşanır”, – investor söyləyib. Onun sözlərinə görə, məsələ yalnız diqqətin yayınması və asılılıqda deyil: “Sosial mətbuat insanları öz azadlıqlarından imtina etməyə məcbur edir. İnsanların düşüncəsini formalaşdıran güc daha çox başqa şirkətlərin əlindədir”.

Soros bildirib ki, rəqəmsal dövrdə yaşayan insanlar öz mənəvi azadlığını itirmək təhlükəsi ilə üzləşib, ona görə onları manipulyasiya etmək belə asanlaşıb. Bundan sonra milyarder gələcəklə bağlı daha bədbin ssenari – nüfuzlu dövlətlərlə böyük rəqəmsal inhisarçılar arasında alyansı təsvir edib. Bu alyans artıq yaradılmış dövlət nəzarəti sistemi ilə özəl iqtisadiyyatın yeni nəzarət sistemlərini birləşdirəcək. “Bu, Oldos Haksli (Aldous Huxley) və Corc Oruellin (George Orwell) belə təsəvvür edə bilmədiyi totalitar nəzarət şəbəkəsinin yaradılmasına gətirib çıxaracaq”.

Lakin Soros bu konsernlərin çətinliklərlə üzləşəcəyini proqnoz edib. O, hesab edir ki, onların üstünlüyünün başa çatması yalnız vaxt məsələsidir. “Davos bu şirkətlərin ömrünə az qaldığını elan etmək üçün yaxşı yerdir”. Milyarderin sözlərinə görə, gələcəkdə tənzimləmə mexanizmi, yüksək vergi və rəqabət məsələləri üzrə AB komissarı Marqret Vestagerin (Margarethe Vestager) fəaliyyəti onlara çətin anlar yaşadacaq. Xüsusilə Vestager rəqabətin hüquq normalarını pozduğu üçün “Google”-un 1 milyard dollar məbləğində cərimələnməsini tələb etdikdən sonra Amerika mətbuatı onu “Silisium vadisi ilə döyüşən qadın” adlandırıb.

Sorosun özü uzun müddət texnoloji konsernlərin səhmdarı olub. Sorosun “Fund Management” fondu son vaxtlar “Facebook” şirkətinin səhmlərinə də invesitisya edib.

Soros həmişə parlaq fikirləri və qeyri-adi baxışları ilə özünə diqqət çəkib. Macarıstanda doğulan və yerli populist başçı Viktor Orbanın düşməninə çevrilən liberal dünya mübarizi 1990-cı illər Britaniya funtu ilə bağlı uğurlu spekulyasiyalar nəticəsində məşhurlaşıb.

Amma onun son proqnozu elə də uğurlu olmayıb. Maliyyə bazarlarında da öncə görmə qabiliyyəti olan investor Donald Trampın seçkilərdəki qələbəsindən dərhal sonra birjada səhmlərin kəskin artımına ümid edərək pul investisiya etmiş və onları itirmişdi. Bir il əvvəl o, Davosda Trampın dəstəklədiyi birja bumunun tezliklə başa çatacağını söyləmişdi. Ancaq o, vaxtdan bəri Amerika səhmlərinin indeksi bir rekord səviyyədən digərinə artmağa davam edir. (Expressa.net)