Yaponiyada Erika adlı müasir robot “Xəbərlər” informasiya proqramının aparıcısı olacaq.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, real xarici görünüşə malik olan robot yapon mühəndis Hirosi İsiquro tərəfindən hazırlanıb. Erikanın nə zaman və hansı kanalda çıxış edəcəyi hələlik məlum deyil. Hazırda robot ayaqlarını və əllərini hərəkət etdirə bilməsə də, səsin hansı tərəfdən gəldiyini təyin edə, danışdığı şəxsi tanıya, həmçinin otaqda hərəkət edən insanları izləyə bilir.