XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2018 - 16:13

“Interfaks-Azərbaycan”a yeni baş direktor təyin olundu –FOTO

"Interfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub.

Strateq.az APA-ya istinadən bildirir ki, agentliyin yeni baş direktoru bu media orqanında baş redaktor vəzifəsində işləmiş Anar Əzizov təyin edilib.

Anar Əzizov 2003-cü ildən "İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır.

2015-ci ildə agentliyin baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, ötən il dekabrın 21-də "İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov 67 yaşında insultdan vəfat edib.