XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 17:37

Fransanın Azərbaycandakı səfirliyi müsabiqə elan edib –Loqo tərtibatı üzrə

30 mart – 15 aprel tarixlərində keçiriləcək Frankofoniya 2018 Həftələri münasibətilə, Fransanın Azərbaycandaki Səfirliyi və Azərbaycan Fransız İnstitutu, həmçinin, Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə səfirlikləri, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi daxil olmaqla Frankofoniya 2018 Həftələrinin loqosunun tərtibatı üzrə "Mənə bir loqo çək" adlı müsabiqə təşkil edəcək.

Strateq.az saytı xəbər verir ki, müsabiqəyə 7 fevral tarixində start veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini fevralın 25-nə kimi  [email protected] elektron ünvanına göndərməlidir. Sözü gedən loqo, Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır və Bakı Frankofoniya Həftələrinin bütün xəbər məzmunlu vasitələrində istifadə ediləcək.

Xatırladaq ki, Beynəlxalq Frankofoniya təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin səfirliyi, Frankofoniya 2017 Həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunub. Hazırkı 2018-ci il buraxılışın təşkil olunmasında, 10-a yaxın təşkilat iştirak edir. Beynəlxalq Frankofoniya təşkilatına 84 dövlət və hökümət daxildir, onlardan 58-i üzv, 26-ı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir.

Hər il 20 mart tarixində, Beynəlxalq Frankofoniya Günü qeyd edilir. Dünya üzrə 5 qitədə yaşayan 220 milyon frankofon, sahib olduqları dilin müxtəlifliyini, ifadələrə həsr olunan müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi görüşlər, qastronomik görüşlər və sərgilər vasitəsilə qeyd edir. Frankofoniya Həftələri, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrin səfirliklərinin təşəbbüskarlığı ilə aprel ayı ərzində qeyd edilir.

 Strateq.az