XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 17:47

BMT jurnalistlərə təlim keçib –FOTO

“Dayanıqlı İnkişaf Məqsədləri hökumət və insanlar üçün çağırışdır”. Strateq.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” adlı təlimdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai səsləndirib.

Q.İsakzai bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük siyasi iradə nümayiş etdirir və, yoxsulluğun aradan qaldırılmasında Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq aparılır. Onun fikrincə, əsas məqsəd dünyada yoxsulluğun azaldılması, təhsili dəstəkləmək, ana və uşaq ölümlərinin qarşısını almaqdır: “Bura qoşulan ölkələr bu kimi problemlərlə mübarizə istiqamətində öhdəlik götürüb. Bizim qarşımızda böyük gündəlik dayanır. Belə ki, 17 məqsədi həyata keçirmək üçün 13 il vaxt müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri özündə 169 hədəfi birləşdirib". BMT-nin Rezident Əlaqələndiricisinin sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədinin Yol Xəritəsi üçün BMT-yə müraciət edib. İki il öncə isə Dayanıqlı İnkişafa dair sənəd qəbul olunub. Buna əsasən 193 ölkə yoxsulluğun azaldılması, ekoloji problemlərin aradan qaldırılması, ana və uşaq ölümlərinin azaldılmasına dair öhdəliklər götürüb: “Bu da asan deyil, hərtərəfli və müxtəlifdir. Bura çoxsaylı tərəfdaşlar, həmçinin media, özəl sektorlar cəlb olunmalıdır. Bu həmçinin BMT-nin deyil, hamının gündəliyidir. Əslində bu cür təlimi keçirməklə çox mühüm addım atmış oluruq. Demək olar ki, 2 il ərzində razılaşdırılmış bütün ölkələrdə görüşələr keçirilib, maksimal şəkildə məsləhətləşmələr aparılıb”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan əvvəllər də BMT proqramlarında iştirak etdiyini xatırladaraq qeyd edib ki, Azərbaycan Minilliyin İnkişaf Əsasnaməsi çərçivəsində çox ciddi uğurlar əldə edib, son 10 ildə ölkəmizdə ÜDM-in səviyyəsi bir neçə dəfə, büdcə gəlirləri 2 dəfə artıb: “Azərbaycanda əsas məqsəd yoxsulluğun həcminin azaldılmasıdır və 18 ölkədən biriyik ki, bu sahədə nailiyyətlərimiz var. 2000-ci illərin əvvəllərində Minilliyin İnkişaf Proqramına qoşulanda Azərbaycan əhalisinin 50 faizi yoxsul olduğu təqdirdə bu gün həmin hədd 5 faiz səviyyəsinə enib”.

Strateq.az