XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 23:30

ATV-yə yeni vitse-prezident təyin olundu –AzTV-nin məşhur aparıcısının qardaşına vəzifə verildi

Azad Azərbaycan televiziyasına (ATV) yeni vitse-prezident təyin edilib.

Strateq.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Qurban Səlimov adlı yeni vitse-prezident bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Q.Səlimov 1971-ci ildə Bakı şəhərində anadan olub. O, AzTV-nin məşhur aparıcısı Dilarə Səlimin qardaşıdır.

Səlimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. ABA TV, Lider TV, İnternews Azerbaijan, "ADG plus production” kimi şirkətlərdə rejissor və qrup rəhbəri vəzifəsində çalışıb.

Bir çox sənədli filimlərin, televiziya verilişlərinin və reklam çarxlarının ssenari müəllifi və rejissorudur.

Ailəlidir, iki övladı var.