“Fransız dilini və frankofoniyaya xas dəyərləri qeyd etmək məqsədilə, Beynəlxalq Frankofoniya Təşkilatında üzv və müşahidəçi statusu daşıyan ölkələrin Azərbaycandakı səfrilikləri aprel ayından başlayaraq iki həftə ərzində “Frankofoniya Həftələri” adıyla bir sıra tədbirlərə imza atacaq”.
Strateq.az saytı xəbər verir ki, bunu Azərbaycan Fransız İnstitutunun mədəniyyət tədbirlərinin təşkilatçısı Jervez Manthe jurnalistlərlə keçirdiyi tədbirdə söyləyib. Xanım Manthe bildirib ki, Frankofoniya 2018 Həftələrinin loqosunun tərtibatı üzrə “Mənə bir loqo çək” adlı müsabiqə təşkil ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini fevralın 25-nə kimi [email protected] elektron ünvanına göndərməlidir. Sözü gedən loqo, Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır və Bakı Frankofoniya Həftələrinin bütün xəbər məzmunlu vasitələrində istifadə ediləcək. Müsabiqənin qalibi 28 mart tarixində keçiriləcək sonuncu mətbuat konfransında 300 AZN məbləğinda mükafatlandırılacaq. J.Manthe əlavə edib ki, yaxın zamanlarda Frankofoniya Mahnı Festivalının keçirilməsi də planlaşdırılır.
Hər il 20 mart tarixində, Beynəlxalq Frankofoniya Günü qeyd edilir. Dünya üzrə 5 qitədə yaşayan 220 milyon frankofon, sahib olduqları dilin müxtəlifliyini, ifadələrə həsr olunan müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi görüşlər, qastronomik görüşlər və sərgilər təşkil olunur. Frankofoniya, fransızca danışan 274 milyon nəfər deməkdir. Beynəlxalq Frankofoniya təşkilatına 84 dövlət və hökümət daxildir, onlardan 58-i üzv, 26-ı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir.
Strateq.az