XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 10:27

Bakı Ali Neft Məktəbi mütəxəssis hazırlamağı planlaşdırır –“İnformasiya təhlükəsizliyi” üzrə

Bakı Ali Neft Məktəbi (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır.

BANM-dan Strateq.az-a verilən məlumata görə, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.  

Bildirilib ki, hazırda bakalavr pilləsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən Ali Məktəbdə “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı böyük ölçüdə qarşılayacaq.

Xatırladaq ki, dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçirilir.