XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 14:45

Əfqan Muxtarlının şikayəti üzrə məhkəmə iclası başladı:"Proses qismən istintaqla aparılacaq"

Şəki Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında vəkil Elçin Sadıqov Ə. Muxtarlının şüşə kabinədən çıxarılıb vəkilin yanında əyləşməsi, həbsin ev dustaqlığı ilə əvəz edilməsi, prosesin qismən istintaqla aparılması haqqında vəsatətlər verib.

Məhkəmə prosesin qismən istintaqla aparılması barədə vəsatəti təmin edib. Digər vəsatətlər təmin edilməyib. Prosesin baxış iclası martın 2-nə təyin edilib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı ötən il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Lakin Ə. Muxtarlı ittihamları qəbul etmir.

Balakən rayon Məhkəməsinin hökmü ilə Ə. Muxtarlı 6 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.