XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2018 - 11:33

Hansı KİV-lər pullu təşviqat üçün müraciət edib? –MSK açıqladı

Aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkisində ödənişsiz təşviqat İctimai Televiziya və Radio Yayımları Şirkətində, “Azərbaycan”, “Bakinski raboçi” qəzeti və “Xalq qəzeti”ndə aparılacaq.

Ödənişli təşviqata qoşulmaq istəyən media qurumları isə Mərkəzi Seçki Komissiyasına bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Mərkəzi Seçki Komissiyası seçkini fevralın 6-da elan edib. Novator.az-ın məlumatına görə, martın 5-dək İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Cümhuriyət”, “Olaylar”, “Səs”, “Palitra” qəzetləri, “Səs”, “Olaylar” informasiya agentlikləri, Report.az, Moderator.az, Cəbhə.info, Avropa.info saytları ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün MSK-ya məlumat göndəriblər.