XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2018 - 20:23

“Rusiya, Çin, İran və Şimali Koreya gələn il kiberməkanda ən böyük təhdid olacaq” –Amerika kəşfiyyatı

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts Rusiya, Çin, İran və Şimali Koreyanı kiberməkanda ən böyük təhdid adlandırıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə onun ABŞ Konqresinə göndərdiyi məktubda deyilir.

"Rusiya, Çin, İran və Şimali Koreya gələn il ABŞ-ın kiberməkanda ən böyük təhdidi olacaq", – D.Kouts məktubunda bildirib.  

Qeyd edək ki, bundan əvvəl Rusiyanı ABŞ-da seçkilərə müdaxilədə günahlandırırdılar, ancaq rəsmi Moskva bunu inkar edib.