XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 11:38

Xədicə İsmayılın anası Ankarada vəfat etdi –Nazirlik jurnalistə anasının yanına getməyə icazə verməyib

"Dəyərli həmkarımız, əziz dostumuz Xədicə İsmayılın anası – gözəl insan Elmira xala bu gecə Ankarada xəstəxanada vəfat etdi". 

Strateq.az xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu sosial şəbəkədə yazıb.

O bildirib ki, Xədicə İsmayıl bu ağır günlərdə anasının yanında olmaq istəyib: "Xədicə xanım neçə gün öncə ölkədən çıxışına qanunsuz qadağanın heç olmasa müvəqqəti götürülməsi üçün ədliyyə qurumlarına xəstəxana sənədləri ilə birlikdə müraciət etmişdi. Amma "yox" cavabını verməyə də tələsmədilər…".

Allah rəhmət eləsin!