XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 12:54

Ukraynada məşhur jurnalist güllələndi

Ukrayna paytaxtı Kiyevdə jurnalist Oles Buzina öldürülüb.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, müxalifətçi yazıçının ölümü haqqında məlumat bu gün sosial şəbəkədə peyda olub.

“Elə bu dəqiqələrdə Deqtərevsk küçəsində 58 saylı binanın yanında tünd göy rəngli “Ford Fokus”dan məşhur jurnalist Oles Buzina güllələndi. Maşındakı nömrə ya Latviyaya, ya da Belarusa məxsus idi. Dəqiq budur ki, Ukrayna nömrəsi deyildi”, – deyə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko öz “Facebook” səhifəsində yazıb.

Oles Buzina – müxalifətçi jurnalist, yazıçı və tele aparıcıdır, Ukrayna əleyhinə çıxışları ilə tanınır. “Xortdan Taras Şevçenko”, “Kotanla yabanın ittifaqı. Ukraynanı necə uydurdular” kitablarının müəllifidir. “Seqodnya” qəzetinin keçmiş şef-redaktorudur.