XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Mart 2018 - 12:07

“Aktual.az” saytının 4 yaşı oldu

Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından dörd il ötür.

Bu xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. www.aktual.az internet resursunda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Saytın baş redaktoru əməkdar jurnalist İbrahim Rüstəmlidir.