XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Mart 2018 - 12:02

Facebookun rəhbəri ABŞ Konqresində ifadə verməyə hazırlaşır –"Profil oğurluğu" araşdırılır

Facebookun rəhbəri Mark Sukerberg ABŞ Konqresində ifadə verməyə hazırlaşır.

Bunu “Reuters” agentliyinə məsələdən xəbərdar mənbə bildirib. Agentlik yazır ki, bu, Sukerbergin konqresmenlərin tələbinə boyun əyməsidir. Qanunvericilər ondan 50 milyon istifadəçi barədə informasiyanın siyasi konsultasiya firmasının əlinə necə keçməsinin izahını istəmişdilər.

Bir müddət öncə “Cambridge Analytica” şirkətinin ABŞ və Britaniyada seçiciləri hədəfə almaq niyyətiylə onların məlumatlarını qanunsuz əldə etməsinə dair informasiya yayıldı. Bundan sonra Birləşmiş Ştatlar və Avropada qanunvericilər Facebook-un konfidensiallığın qorunması sahəsindəki fəaliyyəti barədə daha çox məlumat tələb edirlər. Facebook bildirib ki, şirkət Konqresdə ifadə vermək üçün dəvətnamələr alıb və konqresmenlərlə danışıqlar aparılır.

Şirkətin səhmləri martın 16-dan 18 faizədək düşüb. Həmin tarixdə Facebook etiraf etmişdi ki, istifadəçilərin informasiyası qanunsuz olaraq “Cambridge Analytica”nın əlinə keçib. Həmin şirkət 2016-cı ildə Donald Trampın seçki kampaniyası üçün çalışıb. Martda texnologiya sektorunda 5,2 faiz azalma baş verib və 2016-cı ilin aprelindən ən pis göstəriciləri ortaya qoyub. Məlumatların oğurlanması investorlarə əndişələndirib. Axı, böyük texnologiya şirkətlərinin konfidensiallığı qoruya bilməməsi reklamçıları çəkindirə, daha sərt nizamlanmaya səbəb ola bilər.

Nümayəndələr Palatasının Enerji və Kommersiya Komitəsinin sözçüsü Elena Hernandez deyib ki, “komitə Facebookla işləyir, cənab Sukerbergin ifadə verməsindən ötrü gününü və vaxtın təyin olunmasına çalışır”.

Suckerberg elə həmin gün Britaniyalı deputatların parlament komitəsində izahat vermək dəvətini rədd edib. ABŞ Federal Ticarət Komissiyası isə bazar ertəsi şirkətlə bağlı təhqiqata başladığını açıqlayıb. (Azadlıq Radiosu)