XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

30 Mart 2018 - 17:42

Əflatun Amaşovdan etiraz:"Azərbaycan mediasında Rəhim Namazov adlı jurnalist olmayıb”

Mətbuat Şurasının sədri Əflatun Amaşov Fransada güllələnən azərbaycanlı Rəhim Novruzovun jurnalist kimi təqdim olunmasına etiraz edib.

Strateq.az bildirir ki, bununla bağlı yaydığı bəyanatda MŞ sədri KİV-ləri diqqətli olmağa çağırıb.

“Ölkəmizin bəzi kütləvi informasiya vasitələrində Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib. Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rəhim Namazov adlı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır.

Ə.Amaşovun sözlərinə görə, xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var: “Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar.