XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2018 - 00:14

Əflatun Amaşovdan Harlem Desirin bəyanatına reaksiya:"İndiki həssas məqamda bu bəyanat nəyə hesablanıb?"

ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir özünün twitter hesabında ötən gün Fransada güllələnən azərbaycanlı Rahim Namazov haqda bəyanat yayıb.

Bəyanatda deyilir: "Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu amansız cinayəti törədənlərin və sifarişçilərin müəyyən edilib ədalətə cəlb edilməsi üçün hər şey edilməlidir”.

Strateq.az xəbər verir ki, Harlem Desirin bəyanatına Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şərh verib.

O deyib ki, hər şeyin nə vaxtsa aydınlaşacağına, cinayəti törədənlərin məsuliyyətə cəlb ediləcəyinə əmindir: "Bəs nə üçün ATƏT kimi məsul qurumun Media azadlığı üzrə nümayəndəsi olan bir şəxs tələskənlik edir, məhz indi – ölkəmizdə prezident seçkiləri ərəfəsindəki həssas məqamda jurnalistika ilə bağlılığı olmayan birinə qarşı torədilən sui-qəsdə bu sayaq önəm verir, onu mühacir jurnalist kimi təqdim edib baş verənlərdən dərin hiddət hissi keçirdiyini bildirir. Bu, təsadüfidirmi? Yoxsa nəyəsə hesablanıb? Kaş ki, təsadüf olaydı…".