XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 14:13

TRT-nin keçmiş müdir müavininə hökm oxundu –9 il 9 ay həbs

FETÖ üzvü olmaqda ittiham olunan TRT-nin xəbər və idman departamenti üzrə müdir müavini Ali Ahmet Bökenə hökm oxunub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün keçirilən məhkəmədə ittihamları rədd edib.

Bildirib ki, FETÖ üzvlərinin istifadə etdiyi "ByLock" xəbərləşmə proqramından heç vaxt istifadə etməyib: ""Kakao Talk" adlı proqamdan istifadə etmişəm, ancaq bundan da başqa məqsədlər üçün yararlanmamışam. Mənim tək işim jurnalistika olub. Ölkəmə xidmət etməkdən başqa da heç nə etməmişəm".

Müttəhimin çıxışından sonra hakim hökmü elan edib.

Beləliklə, silahlı terror təşklatına üzv olmaq ittihamı ilə təqsirli bilinərək, TRT-nin sabiq rəhbər şəxsinə 9 il 9 ay həbs cəzası kəsilib.

Strateq.az