XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 10:25

“Feysbuk”dan yenilik –Mesajları silmək olacaq

“Feysbuk”da artıq qarşı tərəfə göndərilən mesajları da silmək olacaq.

Şirkət təmsilçiləri 6 apreldə verilən açıqlamada Mark Zukerberqin göndərdiyi mesajları təhlükəsizlik baxımından sildiklərini etiraf ediblər.

Adi istifadəçilər də çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq orasındadır ki, adi istifadəçilərin pozduqları mesajlar yalnız öz hesablarından silinir. Mesajı qəbul etmiş şəxsin hesabında isə qalırdı. Ancaq bundan sonra Feysbuk mesajlara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır. Bu düymə aktiv edilərsə, göndərilən mesajları qarşı tərəfin də cihazından silmək mümkün olacaq.

Qeyd edək ki, bu funksiya bir müddətdir Votsapda aktivdir/Axar.az.