XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 19:15

AŞ və ATƏT PA müşahidəçiləri Azərbaycanda mətbuat azadlığı ilə maraqlanıb –Hansı problemlər qabardılıb?

Avropa Şurası və ATƏT Parlament Assambleyalarının Azərbaycanda növbədənkənar prezident seçkilərində müşahidə missiyasının üzvləri ölkədə mətbuat azadlığının vəziyyətilə tanış olmaq üçün aprelin 10-da Kütləvi İnformasiya Vasitələri, İctimai TV, Mərkəzi Seçki Komissiyasının nümayəndələri və ekspertlərlə görüş keçirib.

“Turan” agentliyinin məlumatına görə, görüşdə iştirak edən azsaylı müstəqil KİV nümayəndələri media azadlığı ilə bağlı ciddi problemlərin olduğunu bildiriblər.

Bura rəsmi informasiyanın əldə edilməsinin məhdudlaşdırılması, korrupsiyanın araşdırılmasına görə jurnalistlərə qarşı cinayət təqibləri, ondan çox jurnalistin və blogerin həbsi, saytların bloklanması, hakimiyyətin KİV-ləri “özününkülər” və “özgələr”ə bölməsi, qanunvericiliyin sərtləşdirilməsi daxildir.

“Əgər media azadlığı yoxdursa, seçkilərin özünü də azad adlandırmaq çətindir”, görüş iştirakçılarından biri deyib.

Öz növbəsində MSK və hakimiyyətyönlü mətbuat nümayəndələri bunun əksini söyləməyə çalışaraq, ölkədə media azadlığının və öz iradəni sərbəst ifadə etmək üçün şəraitin olduğunu bildiriblər.

Maraqlıdır ki, agentlik görüşdə hansı jurnalistlərin və ya media qurumlarının iştirak etdiyi haqda açıqlama yaymayıb.