Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış” mövzusunda 2 günlük təlim keçirilib. Təlim ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı araşdırma və məqalə yazmaq bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimdə 20 gənc iştirak edib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə xarici internet mediada ingilis dilində Azərbaycan turizmi mövzusunda məqalələrin yazılması, bu barədə mənbələr və araşdırma yolları göstərilib. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib. Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində artıq “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzusunda təlim keçirilib və eləcə də bu sahədə bloggerlik vərdişlərinin artırılması üçün daha bir təlimin keçirilməsi, həmçinin “Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.