XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 May 2018 - 19:07

Elçibəyin 80 illik yubileyi münasibətilə yazı müsabiqəsi elan olundu –Mükafatlar

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi üzrə “Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin toplantısı keçirilib.

Strateq.az-a verilən məlumata görə, toplantıda Ə.Elçibəyin 80 illik yubileyi münasibətilə “ELÇİBƏY-80” yazı müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Müsabiqədə istənilən şəxs iştirak edə bilər.

Müsabiqəyə yazılar 12 min işarədən artıq olmamaq və indiyə qədər heç bir yerdə çap edilməmək şərti ilə təqdim edilməlidir. Elektron portallarda, saytlarda və ya qəzetdə sonluğunda “Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir” qeydi ilə birlikdə çap edilmiş və ya sayta yerləşdirilmiş yazılar daha sonra münsiflər heyətinə təqdim edilməli və ya [email protected] elektron ünvanına göndərilməlidir.

Müsabiqə 15 iyun 2018-ci ildə başa çatır. Mükafatlandırılma mərasimi 20 iyun 2018-ci il tarixə nəzərdə tutulur.

Müsabiqədə 1-ci yer üçün 1 500 manat, 2-ci yer üçün 1 000 manat, 3-cü yer üçün 5 00 manat, 10 həvəsləndirici yer üçün hərəyə 100 manat müəyyən olunub.