XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 18:45

“Exo” qəzeti fəaliyyətini dayandırır –Sonuncu nömrə mayın 26-da çıxacaq

 

“Exo” qəzeti fəaliyyətini dayandırır.

Bu barədə Amerikanın Səsinə “Exo” qəzetinin baş redaktorunun birinci müavini Ruslan Manafov məlumat verib. Onun sözlərinə görə, qəzet fəaliyyətini mayın 26-na kimi davam etdirəcək. R. Manafov qəzetin bağlanmasına son dövrlər yaranmış maliyyə çətinliklərinin və baş redaktor Rauf Talışinskinin vəfatının səbəb olduğunu qeyd edib.

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskiqəfil ürək tutmasından mayın 8-də vəfat edib.

“Exo” qəzeti 2001-ci ildən fəaliyyət göstərirdi. Qəzetin sayt versiyası isə 2004-cü ildə yaranıb.Qəzet həftədə 5 dəfə çıxır. Qəzetin tirajı 6-10 mindir.