ABŞ-ın Federal Kəşfiyyat Bürosu (FBİ) xarici kiberkriminalların yüz minlərlə ev və kiçik bizneslərin router cihazlarını sıradan çıxardığı barədə xəbərdarlıq yayıb.
FBİ dünyada VPNFilter-dən istifadə edilərək insanların şəxsi məlumatlarının ələ keçirildiyini bəyan edib. Bəyanatda detallara varılmayıb, kriminalların yeri və motivlərə barədə məlumat verilməyib. “VPNFilterin ölçüsü və infrastrukturu olduqca böyükdür” , FBI bildirib. Qurum VPNFilterin-in müəyyən edilməsinin çətin olduğunu da qeyd edib. İnsanlara giriş kodlarının dəyişdirilməsi, uzadan idarə edilən menecment sisteminin bağlanması və kompüterlərin firmveyrləyinin yenilənməsini tövsiyə edilir. (Amerikanın Səsi)