XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2018 - 15:15

Azərbaycanda kompüter istifadəçilərinə xəbərdarlıq:"Bu adla gələn məktublara qarşı ehtiyatlı olun"

 

Azərbaycanda kompüter istifadəçilərinə xəbərdarlıq edilib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, son bir həftədə GDPR ilə əlaqəli qeydiyyata düşən domenlərin sayı gündən-günə artır. GDPR domenlərinin belə sürətlə alınması mövzu ilə əlaqədar istifadəçilərə qarşı fişinq hücumlarının hazırlanmasının göstəricisidir.

Mərkəz bütün istifadəçiləri GDPR adı ilə gələn məktublara qarşı ehtiyatlı davranmağı çağırır.