XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

29 May 2018 - 16:51

Bakcelldən yeni rouminq paketləri –WhatsApp pulsuz oldu  

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib.

 Yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər.  “Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell abunəçiləri gündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün):

“Bakcell”in yeni gündəlik, həftəlik və aylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir:

“Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.

Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.