XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

31 May 2018 - 05:28

Rusiya “jurnalistin öldürülməsi” əməliyyatını təxribat sayır:"Tamaşanın əsl motivləri üzə çıxır"

Jurnalist Arkadiy Babçenkonun ölümünün səhnələşdirilməsi Rusiyaya qarşı təxribatdır.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat Departamentinin məlumatında bildirilir.

“Təbliğat effektinə hesablanmış hərəkətlər Ukraynada media nümayəndəsinin ölümünə dair məlumata cəld reaksiya verən dünya ictimaiyyətinin aldadılması ilə nəticələndi. İndi isə həmin tamaşanın əsl motivləri üzə çıxmağa başlayır. Bu, tam aydınlığı ilə Rusiyaya qarşı növbəti təxribatdır”, – məlumatda deyilir.

Qeyd edək ki, rusiyalı jurnalist Arkadiy Babçenko Kiyevdə Ukrayna təhlükəsizlik orqanlarının keçirdiyi mətbuat konfransında iştirak edib. Bundan əvvəl A.Babçenkonun Ukrayna paytaxtında öldürüldüyü haqda məlumat yayılıb. Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsak bildirib ki, jurnalisti öldürməyə cəhd edən şəxsin kim olduğunu müəyyən etmək üçün onun “ölümü” səhnələşdirilib.  V.Qritsakın sözlərinə görə, A.Babçenkoya qarşı sui-qəsdin təşkilatçısı Rusiyanın xüsusi xidmət orqanları olub.