XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 16:42

İTV-nin ilk direktoru İsmayıl Ömərov:“Balakişi Qasımov yerində olan təyinatdır...”

 

Xəbər verdiyimiz kimi, mayın 11-də İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ilk baş direktoru olmuş İsmayıl Ömərov Modern.az-a açıqlamasında Balakişi Qasımovun təyinatını yüksək qiymətləndirib:

“Balakişi Qasımovu ictimai müzakirələrdən tanıyıram. Onun istedadına, təşkilatçılığına bələdəm. İnanıram ki, yüksək potensiala sahib İTV kanalı Balakişi Qasımovun rəhbərliyilə uğurlar əldə edəcək, yeni proyektlərlə tamaşıçıları sevindirəcək”.

İsmayıl Ömərov İTV-nin bir vaxtlar sahib olduğu böyük prestijin yenidən özünə qayıdacağına əminliyini ifadə edib. Balakişi Qasımovun tanınmış ziyalı, prodüsser kimi İTV-ni böyük uğurlara aparacağını vurğulayıb.

Maraqlıdır, bir vaxtlar “İTV-ni izləmirəm” deyən İ.Ömərov yenidən bu kanalın tamaşçısı olacaqmı?

İ.Ömərov bu cür potensiallı gəncləri görəndə hər şeyin yaxşı olacağına inandığını qeyd edib: “Hər kəsin çəkə biləcəyi yük var. Yerində olan və olmayan adamlar var. Balakişi Qasımov yerində olan təyinatdır və tamaşaçılar da bunun  şahidi olacaqlar. O kollektivin gücündən, bacarığından istifadə edib tamaşaçıları sevindirəcək”.