XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 İyun 2018 - 11:56

“Tolerant Azərbaycan” Şəbəkəsi yaradılacaq

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq mövzusunda təlim və seminarların keçirilməsi” layihəsini həyata keçirir.

Layihənin məqsədi cəmiyyətdə tolerantlıq dəyərlərinin daha geniş təşəkkül tapmasına yardım göstərilməsidir. Layihə çərçivəsində 3 təlimin keçirilməsi nəzərdə tutulub. Həmçinin, təlim iştirakçılarından ibarət “Tolerant Azərbaycan” Şəbəkəsi yaradılacaq. Şəbəkənin sosial şəbəkələrdə səhifə və qrupu yaradılacaq. Şəbəkə  üzvləri Azərbaycanın tolerant ölkə kimi tanıdılması, tolerantlıq ideya və dəylərinin təbliğ olunması istiqamətində fəaliyyət göstərəcklər.

Üzvlər həmçinin Şəbəkənin böyüməsi və daha geniş auditoriyanı əhatə etməsi üçün işləyəcəklər. Şəbəkənin Əsasnaməsi və Etik Kodeksi də hazırlanacaq. Şəbəkənin fəaliyyəti layihə müddətində layihə eksperti tərəfindən əlaqləndiriləcək. Layihə bitdikdən sonra isə Şəbəkə üzvləri öz aralarından əlaqləndirici seçəcəklər.

Şəbəkənin yaradılması və onun vasitəsilə şaxələndirilmiş maarifçilik aparılması gənclərin tolerantlıq dəyərlərini daha yaxşı anlamasına, təbliğinə əhəmiyyətli töhfə verəcək. Şəbəkə gənclərin tolerantlıq dəyərləri əsasında bir araya gəlməsi və özlərinin bu istiqamətdə maarifçilik tədbilərini davam etdirməsinə zəmin yaradacaq.