“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsini həyata keçirir.
Layihənin məqsədi internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri, fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və onların məlumatlığının artırılmasıdır.
Layihə çərçivəsində Bakı şəhərində KİV-də çalışan jurnalistlər, Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri, istifadəçilər üçün “Müasir informasiya müharibəsi üsulları” mövzusunda təlim keçirilməsi nəzərdə tutulub.
Təlim iyul ayının birinci yarısında Bakı şəhərində keçiriləcək. Təlim “İnformasiya müharibəsinin xüsusiyyətləri”, “İnformasiya müharibəsinin metod və üsulları”, “Sosial şəbəkələrdə informasiya müharibəsi üsulları”, “Feyk xəbərlər və trollar vasitəsilə yayılan informasiyalar”, “İnformasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər” mövzularını əhatə edəcək.
Təlimdə iştirak etmək istəyənlər 05 iyul 2018-ci il tarixədək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Təlimin Günədliyinin ilkin variantı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
http://ogp.org.az/az/wp-content/uploads/2018/06/Gundelik-yeni.pdf